Rəşad Sadiqov: Yığmamız azarkeşlərin ümidlərini doğruldacaq
15.11.2013 - 13:38
“Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.
Yarımmüdafiəçi klubun saytına verdiyi açıqlamada bu gün Estoniya ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətindən kənar qalması ilə nəticələnən zədəsindən danışıb: “Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra “Neftçi”də hazırlığa başlayacağam. Estoniya ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək. Rəqibimiz yetərincə ciddidir və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0