Rəqibimizin oyunu təxirə salındı
15.11.2013 - 14:30
Milli komandamızın Estoniyadan sonra növbəti rəqibi olacaq Qırğızıstan yığmasının yoldaşlıq oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Orta Asiya təmsilçisi bu gün Düşənbədə qonşusu Tacikistanla qarşılaşmalı idi.
Ancaq bu matç baş tutmayacaq. Həmin oyunun keçirilməmə səbəbləri açıqlanmır. Qarşılaşmanın başqa günə keçirilməsi haqda da hələ informasiya verilmir.
Qeyd edək ki, millimiz noyabrın 19-da Bişkekdə Qırğızıstanın qonağı olacaq. Dolen Omurzakov adına stadionda (keçmiş “Spartak” stadionu) baş tutacaq qarşılaşma bizim vaxtla saat 13:00-da başlayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0