Berti Foqtsun Estoniya üçün “11-liy”i
15.11.2013 - 15:22
Berti Foqtsun Estoniya üçün “11-liy”i
Bu gün Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının start heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Tallinndəki qarşılaşmada bir sıra dəyişiklikləri zəruri sayıb.

Almaniyalı mütəxəssis zədə üzündən əməliyyat olunan Kamran Ağayevin yoxluğunda qapını Anar Nəzirova etibar edib.

Müdafiənin mərkəzində Rasim Ramaldanovla Bədavi Hüseynov yer alıb. Sonuncu “Qarabağ”dakı komanda yoldaşı Rəşad Sadıqovun yoxluğunu hiss etdirməməlidir. Müdafiənin cinahları isə Elnur Allahverdiyevlə Maksim Medvedevə tapşırılıb.

Dayq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Rahid Əmirquliyevə güvənən almaniyalı mütəxəssis cinahlarda dəyişiklik edib. Son vaxtlar müdafiədə çıxış edən Mahir Şükürov müəyyən fasilədən sonra yenə yarımmüdafiənin sağında top qovacaq. Digər cinahdan hücumlara dəstək vermək isə Vaqif Cavadovun üzərinə düşür.

Millimizin hücum xəttində isə dəyişiklik yoxdur. Əvvəlki qarşılaşmalarda olduğu kimi yenə əsas qol ümidlərimiz Rüfət Dadaşovla Rauf Əliyev olacaq.