Prezident dəyişmədi - FOTO
15.11.2013 - 16:06
Prezident dəyişmədi - FOTO
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Əlillər Futbolu Federasiyasının III Hesabat-Seçki Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, federasiyanın prezidenti Şaiq Həmidov hesabat dövrü ərzində görülmüş işlər barədə məruzə ilə çıxış edib.

Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığma komandasının müxtəlif turnirlərdə keçirdiyi oyunları əks etdirən videoçarx nümayiş etdirilib.

Konfrans iştirakçıları Azərbaycan Əlillər Futbolu Federasiyasının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş olaraq qiymətləndiriblər. Sonra federasiyanın prezidenti vəzifəsinə seçkilər keçirilib. Şaiq Həmidov yekdilliklə növbəti fəaliyyət dövrü üçün Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib.

Mənbə: affa.az