Estoniya – Azərbaycan matçı canlı yayımlanmayacaq
15.11.2013 - 16:14
Estoniya – Azərbaycan matçı canlı yayımlanmayacaq
Estoniya – Azərbaycan matçı canlı yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yayım hüququna sahib “Sportfive” şirkətinin yerli telekanallardan böyük məbləğ istəməsidir.

Şirkət Tallində keçiriləcək görüşü canlı yayımlamaq üçün 20 min dollar tələb edib. Məbləğ böyük olduğundan heç bir yerli telekanal oyunu efirə verməyi üzərinə götürməyib.

Qeyd edək ki, Estoniya ilə Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.