Özbəkistanlı futbolçular Banişevskini ziyarət etdi - FOTOSESSİYA
15.11.2013 - 16:16
Özbəkistanlı futbolçular Banişevskini ziyarət etdi - FOTOSESSİYA
Veteranlardan ibarət Azərbaycan və Özbəkistan komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün hər iki ölkənin futbol veteranları Fəxri Xiyabanda mərhum prezidentimiz Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib, abidələrinin önünə əklil və gül dəstələri qoyublar.

Futbol veteranları Şəhidlər Xiyabanına gedərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən oğullarının ruhuna öz ehtiramlarını bildiriblər. Sonra II Fəxri Xiyabana gedən veteranlar ölkə futbolunun ən istedadlı nümayəndələrindən olan Anatoli Banişevskinin məzarını ziyarət ediblər.

Qeyd edək ki, sabah “Bayıl Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. Tərəflərin aprelin 27-də Daşkənddə keçirilən ilk görüşü sülhlə - 4:4 hesabı ilə başa çatmışdı.