Millimizin futbolçusunun düşərgəyə gec qoşulmasının səbəbi bəlli oldu – FOTO
15.11.2013 - 18:03
Millimizin futbolçusunun düşərgəyə gec qoşulmasının səbəbi bəlli oldu – FOTO
Milli komandamızın futbolçusu Əli Gökdəmirin düşərgəyə gec gəlməsinin səbəbinə aydınlıq gəlib. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Gökdəmirin oğlu dünyaya gəlib.

Bu üzdən futbolçu baş məşqçi Berti Foqtsdan ona 3 günlük icazə verməsini xahiş edib. “Hannover 96”nın üzvü ona görə də milliyə digərləri kimi, noyabrın 11-də yox, 14-də qoşulub.

Qeyd edək ki, Əli Gökdəmir bu gün Estoniya ilə keçiriləcək oyunda ehtiyat heyətdə yer alıb.