Maksim Medvedev: Hücumda da oynayaram - MÜSAHİBƏ
15.11.2013 - 18:08
Bu gün Estoniya milli komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının futbolçusu Maksim Medvedevin apasport.az saytına müsahibəsi
- Komanda oyuna nə dərəcədə hazırdır?
- İlk dəfədir ki, səfər matçına oyundan bir gün öncə gəlirik. Bildiyiniz kimi, komandamızın lider futbolçularından 3-4 nəfəri heyətdə yoxdur. Digərləri isə hazırda yaxşı formadadırlar. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Estoniyaya bir gün əvvəlcədən gəlmək bu rəqibə ciddi yanaşmamağınızınmı göstəricisidir?
- Xeyr. Mən elə hesab etmirəm. Həmişə 3-4 gün əvvəl gəlirdik. Bu dəfə bir gün əvvəlcədən gəlməyimiz o demək deyil ki, çıxıb boş-boşuna oynayacağıq. Bu, belə deyil. Həmişəki kimi ciddi hazırlaşmışıq. Artıq bilirik ki, nə cür oyun bizi gözləyir.
- Futbolçular Azərbaycan çempionatındakı gərgin mübarizədən sonra bu əviyyədə oyuna necə motivasiya olur?
- Biz atıq öyrəşmişik. Milliyə gəlirik, sonra yenidən çempionat oyunlarına qayıdırıq. Bunlar çox fərqli səviyyələrdir. Millidə başqa oyun gedir, klubda başqa. İndi də fikrimizi ancaq bu oyuna yönəltməliyik.
- Rusiya ilə oyunda olduğu kimi, yenə dayaq yarımmüdafiəçisi mövqeyində oynamağa hazırsınız, yoxsa?
- Əlbəttə ki, hazıram. Hara qoysalar, orada yenə oynamağa hazıram. Ola bilsin ki, öz mövqeyim deyil. Çox adam məni müdafiəçi kimi görüb. İndi də ola bilsin ki, baş məşqçi ortada, yaxud başqa yerdə oynatsın. Bu, futboldur. Baş məşqçinin qərarı elədir ki, desə burada oyna, orada da oynamalısan.
- Hər halda, dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq sizə elə də rahat deyil. Heç bu barədə Foqtsla danışmısız?
- Bu sualı baş məşqçiyə versəniz daha yaxşı olar.
- Bu barədə heç Foqtsa etiraz etməmisiz?
- Elə bir etirazım olmayıb. Heç vaxt deməmişəm ki, məni niyə burada oynadırsan? Hücuma, yaxud müdafiəyə də qoysa, yenə də canla-başla oynayacağam. Ola bilsin ki, alınsın, yaxud alınmasın. Öz mövqeyimdə daha çox şey alına bilər, nəinki ortada. Amma yenə də canla-başla oynayacağam. Fərqi yoxdur ki, harada oynayıram. Tək mən yox, istənilən bir millinin üzvü... Yəni qapıya belə qoysalar, orada duracaqlar.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0