Rauf Əliyev: Hələ də başa düşə bilmirəm ki, ikinci hissədə bizə nə oldu
16.11.2013 - 00:58
Rauf Əliyev: Hələ də başa düşə bilmirəm ki, ikinci hissədə bizə nə oldu
Futbol üzrə Azərbaycan milli komandası ötən gün yoldaşlıq görüşü çərçivəsində səfərdə Estoniyaya 2:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, yığmamızın yeganə qolunun müəllifi Rauf Əliyev oyundan sonra məğlubiyyəti belə şərh edib:

“Oyuna yaxşı başladıq. İlk hissənin sonlarında qol vurduq. Birinci hissədə biz daha yaxşı oyun göstərdik. Heyətimizdə yeni oyunçular da var. Onlar heç bir yerdə oynamayıblar. Bu amil müdafiəmizdə bizə problem yaratdı. Hələ də başa düşə bilmirəm ki, ikinci hissədə bizə nə oldu. Çoxlu səhvlər buraxdıq və qapımızda iki qol gördük. Qalib gələ bilmədiyimizə görə, çox məyusuq”.