“Qəbələ” AZAL-la oyuna yeni futbolçu ilə hazırlaşır
16.11.2013 - 04:22
“Qəbələ” AZAL-la oyuna yeni futbolçu ilə hazırlaşır
Premyer Liqanın XIV turu çərçivəsində doğma meydanda AZAL-la qarşılaşacaq "Qəbələ"- hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın düşərgəsinə yeni futbolçu qatılıb.

Bu "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının heyətində top qovan Şamil Camalədinnovdur. Ampluaca yarımmüdafiəçi olan Şamil 1995-ci il mayın 1-də anadan olub. Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdür.