Con Terri “Qalatasaray”a “bəli” dedi
16.11.2013 - 06:33
“Qalatasaray” qış transfer pəncərəsində “Çelsi”nin ulduz futbolçusu Con Terrini heyətinə qatacaq. Apasport.az saytı “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul klubu artıq 32 yaşlı müdafiəçi ilə bu barədə razılığa gəlib.
Məlumatlara görə, danışıqları baş məşqçi Roberto Mançininin meneceri Muzzi Özcan aparır. İngiltərəyə gedərək futbolçunun meneceri ilə görüşən Özcan keçidi həll etmək üzrədir. Muzzi cüzi detallar istisna olmaqla, qalan bütün sahələrdə razılıq əldə edib. İllik 4.5 milyon avro maaş təklif olunan Terrinin də bu keçidə “bəli” deyib.
Qeyd edək ki, iki ildir ki müdafiədə problemlər yaşayan “Qalatasaray” Terri ilə bu məsələni birdəfəlik həll etmək istəyir.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0