“Azərbaycan yığmasını yaxşı təhlil etmişdik”
16.11.2013 - 10:02
“Azərbaycan yığmasını yaxşı təhlil etmişdik”
“Oyunun ağır olacağını bilirdik. Azərbaycan yığmasının Norveç komandasına qarşı oyununa baxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının baş məşqçisi Boban Babunski deyib.

Mütəxəssis Avro-2015-in seçmə mərhələsinin Azərbaycanla oyunundakı 1:0 hesablı qələbənin sirrini açıqlayıb: “Rəqibimizi, xüsusilə, əsas millidə çıxış edən futbolçuları yaxşı təhlil etmişdik. Biz ev oyunlarında yaxşı təsir bağışlayan komandayıq. Bu gün bacarıqla müdafiə olunduq. Çətin qələbə qazandıq”.