Mahir Şükürovun izlədiyi məşqçilər
16.11.2013 - 14:52
Azərbaycan milli komandasının noyabrın 15-də Estoniya yığması ilə keçirdiyi yoldaşlıq oyunu 2 futbolçu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Mahir Şükürovla Maksim Medvedev yığmada yubiley matçlarına çıxıb.
Tallinndəki qarşılaşmaya kapitan kimi çıxan Mahir bununla da milli karyerasında 70-ci oyununu keçirib. Bununla da müdafiəçi yığmada 70 və daha çox oyun keçirən 5-ci futbolçu olub. Şükürov 4-cü olan Tərlan Əhmədovdan 5 oyun geri qalır. Maraqlıdır ki, sonuncu bu yaxınlaradək “Neftçi”də Mahirin baş məşqçisi idi. İndi isə müdafiəçi onu “qovub” çatmağa çalışır. Şükürovu qabaqlayanlardan üçü karyerasını bitirib. Bundan istifadə edən futbolçu izlədiyi müdafiəçiləri keçməyə çalışacaq. Siyahıya isə millinin əsas kapitanı son oyunu buraxan Rəşad Sadıqov başçılıq edir.
Azərbaycan millisində ən çox oyun keçirənlər
Tallinndəki matç Maksim Medvedev üçün də əlamətdar olub. Müdafiəçi ölkəmizin əsas komandasında 25-ci oyununa çıxıb.
Qeyd edək ki, yığmamız Estoniyaya 1:2 hesabı ilə uduzub.

1 | Rəşad Sadıqov | 88 |
2 | Aslan Kərimov | 80 |
3 | Mahmud Qurbanov | 76 |
4 | Tərlan Əhmədov | 75 |
5 | Mahir Şükürov | 70 |
Tallinndəki matç Maksim Medvedev üçün də əlamətdar olub. Müdafiəçi ölkəmizin əsas komandasında 25-ci oyununa çıxıb.
Qeyd edək ki, yığmamız Estoniyaya 1:2 hesabı ilə uduzub.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0