Azərbaycan yığmasını məğlub etdi, müqaviləsi uzadılır
16.11.2013 - 15:34
Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutlinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, noyabrın 15-də Azərbaycan yığması üzərində 2:1 hesablı qələbə qazanan Baltikyanı ölkə təmsilçisi çalışdırıcısını postunda saxlayacaq.
Bunu Estoniya Futbol Assosiasiyasının prezidenti Ayvar Pohlak açıqlayıb: “Neçə vaxtdır ki, axtarışlardayıq. Ruutliyə alternativ variantları götür-qoy edirik. Onun özü isə Azərbaycanla oyunu əsas gətirərək danışıqlara başlamağa tələsməməyi deyirdi. Artıq qərara gəlmişik ki, noyabrın 21-də baş məşqçimizlə masa arxasında oturub yeni müqaviləni müzakirə edək. Çünki futbol mövsümünün başa çatdığı noyabrın 24-ü tarixinə kimi bu məsələni həll etməliyik”.
Qeyd edək ki. Ruutli 2008-ci ildən Estoniya yığmasını çalışdırır.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0