“Azərbaycanla oyun futbolçularımızın potensialını göstərdi”
16.11.2013 - 16:26
“Azərbaycanla oyun futbolçularımızın potensialını göstərdi”
21 yaşadək futbolçular arasında Avro-2015-in seçmə mərhələsində keçirilən Makedoniya – Azərbaycan görüşünü izləyənlər arasında Darko Pançev də olub. Apasport.az saytının məlumatına görə, Makedoniya futbolunun əfsanəsi həmyerlilərinin 1:0 hesabı ilə qalib gəldiyi matçı tribunadan izləyib.

1990/91 mövsümündə Avropanın ən məhsuldar oyunçusuna verilən “Qızıl buts” mükafatını qazanan hücumçu “Srvena Zvezda” və İtaliya “İnter”indəki çıxışları ilə tanınıb. Pançev millimizlə qarşılaşmadan sonra nikbin danışıb: “Azərbaycanla oyun makedoniyalı futbolçuların böyük potensial malik olduğunu göstərdi. İndi yalnız onları lazımi səviyyədə yetişdirmək, yaxşı şərait yaratmaq, potensiallarını göstərməyə yardım etmək lazımdır. Düşünürəm ki, indiki nəsil futbolçuları gələcəkdə bütün gözlənilənləri doğrulda biləcək və istədiyimiz nəticələri qazanacaq”.