“Foqts getsə, komanda üçün pis olacaq” - MÜSAHİBƏ
17.11.2013 - 13:07
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun apasport.az saytına müsahibəsi
- Millimiz yoldaşlıq görüşündə Estoniya yığmasına uduzdu. Məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Oyunumuz əvvəldən alınmadı. Hücumda istədiyimiz kimi oynaya bilmirdik. Elə müdafiədə də problemlər vardı. İndi bizi Qırğızıstanla görüş gözləyir. Yaxşı oynamaq istəyirik.
- Adətən, komanda hesabı açanda, bu ona güc və əlavə motivasiya verir. Ancaq millimiz qol vurduqdan sonra nədənsə pis oynamağa başladı...
- Bunun arxayınçılıqla bağlı olduğunu düşünmürəm. Şəxsən mən oyun günü özümü pis hiss edirdim. Deyəsən, qidalanan zaman uyğun olmayan bir şey yemişdim. Mədəmdə ağrı vardı. Matçdan sonra hərarətim yüksəlmişdi. Artıq hər şey qaydasındadır.
- Baş məşqçi Berti Foqtsun eksperimentləri oyuna çox təsir etdi?
- Bəli, əlbəttə. Biz başqa sxemlə oynayırdıq. Bu yoldaşlıq matçıdır, baş məşqçi yeni variantları sınaqdan çıxarmalıdır. Uduzduq, amma bura qorxulu heç nə yoxdur. İndi Qırğızıstanı məğlub etmək lazımdır.
- Qırğızıstanla oyundan sonra Berti Foqts komanda ilə vidalaşa bilər...
- Ola bilər. Ancaq hələlik bu barədə heç nə deməyib. Foqts getsə, komanda üçün pis olacaq. O, yaxşı məşqçidir.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0