Rasim Ramaldanov: İkinci hissədə fiziki cəhətdən çatdırmadıq
17.11.2013 - 14:38
Rasim Ramaldanov: İkinci hissədə fiziki cəhətdən çatdırmadıq
“Estoniya millisi yaxşı komandadır. Sonuncu seçmə mərhələ də pis təsir bağışlamamışdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Rasim Ramaldanov deyib.

Yığmamız noyabrın 15-də Tallində Estoniya millisi ilə yoldaşlıq matçında 1:2 hesabı ilə məğlub oldu. Ramaldanov bildirib ki, zəif rəqibə uduzmayıblar: “Bəhanə gətirmək istəməzdim. Ancaq nəzərə almaq lazımıdır ki, bizdə yol yorğunluğu vardı. Matça hazırlaşmaq üçün də vaxtımız elə də çox deyildi. İlk yarıda öndə olduğumuz bir görüşdə uduzduq. Fikrimcə, pis oynamadıq. Ola bilər ki, ikinci hissədə fiziki cəhətdən çatdırmadıq. Oyundan sonra Berti Foqts bizə öz iradını bildirdi”.

Millimiz 2013-cü ildə son oyununu noyabrın 19-da Bişkekdə Qırğızıstan yığmasına qarşı keçirəcək.