“Onlar gözəldir, ancaq biri çatmır”
17.11.2013 - 16:11
“Onlar gözəldir, ancaq biri çatmır”
“Florentino Peres, “Real”ın prezidenti qonaqpərvər adamdır. O, dedi ki, özünü evindəki kimi hiss et və məni mükafatların saxlanıldığı otağa dəvət etdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.

İtaliyalı çalışdırıcı bildirib ki, “Kral Klubu”nun rəhbəri onun qarşısında Çempionlar Liqasında (ÇL) qalib gəlmək tapşırığı qoyub: “Otaqda ÇL-in 9 kuboku yan-yana durmuşdu. Daha öncə onları görməmişdim. Peres mənə baxaraq söylədi: “Onlar gözəldir, ancaq biri çatmır”.

Qeyd edək ki, “Real” tarixi ərzində 9 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000 və 2002-ci illər) ÇL-in qalibi olub.