Millimiz Bişkekə çatdı
18.11.2013 - 09:08
Millimiz Bişkekə çatdı
Noyabrın 19-da Qırğızıstanla yoldaşlıq görüşü keçirəcək milli komandamız dünən axşam Bişkekə çatıb. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndən çarter reysi ilə sözügedən ölkəyə yollanan yığmamız hava limanından “Dordoy” futbol klubunun köhnə avtobusu ilə “Hyatt Regensy” otelinə istiqamət götürüb.

Bu gün Qırğızıstan Futbol Federasiyasının binasında yerləşən konfrans zalında hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Millimizin çalışdırıcısı Berti Foqtsla onun Asiya təmsilçisindən olan həmkarı Sergey Dvoryankov eyni vaxtda media nümayəndələrinin qarşısına çıxacaq. Tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Bundan 1 saat sonra isə yığmamızın açıq məşqi nəzərdə tutulub.

Qeyd edək ki, Qırğızıstan – Azərbaycan matçı Dolen Omurzakov adına stadionda (keçmiş “Spartak” stadionu) baş tutacaq və Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.