Son sınaq
18.11.2013 - 09:45
Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri 2013-cü ildə son oyununu keçirəcək.
Noyabrın 19-da baş tutacaq matçda komandamız Qırğızıstan yığması ilə qarşılaşacaq. Futbolçularımız Asiya təmsilçisi ilə səfərdə görüşəcək. Komandamız bu matçda 4 gün əvvəl Estoniyadan aldığı 1:2 hesablı məğlubiyyəti unutdurmağa çalışacaq.
O qədər də güclü olmayan Qırğızıstan millisi üzərində qələbə 2013-cü ilə müsbət nəticə ilə başa vurmaq baxımından zəruridir. Millimizlə qarşılaşmayadək ardıcıl 3 məğlubiyyət alan asiyalılar isə bu uğursuz seriyanı heç olmasa bərabərliklə qırmaq arzusundadır.
Səfərə itkilərlə yollanmasına baxmayaraq millimiz qələbə qazanmağa borcludur. Çünki belə zəif rəqiblə oyunda əldə olunacaq başqa nəticə yığmamızın FİFA reytinqinə daha pis təsir edəcək. Hər halda bu siyahıda 88-ci olan millimiz 150-ci pillədə qərarlaşan qırğızıstanlılardan üstünlüyünü meydanda da göstərməlidir. 2013-cü ili daha yüksək mövqedə başa vurmaq üçün isə qələbə vacibdir.
Bişkekdəki matç millimizin baş məşqçisi Berti Foqtsun bu postda son oyunu ola bilər. Belə ki, müqaviləsi bu ilin sonunda başa çatan çalışdırıcı ilə anlaşmanın uzadılıb-uzadılmaması müzakirə olunur. Əgər AFFA onu saxlamağı məqsədəuyğun saymasa. Almaniyalı mütəxəssisin yığmamızdakı 6 illik fəaliyyəti Bişkekdəki matçla yekunlaşmış olacaq. 2008-ci ilin martından yığmamıza rəhbərlik edən Foqts bu postda ən çox çalışan mütəxəssisdir.
Yoldaşlıq oyunu
19 noyabr
13:00. QIRĞIZISTAN – AZƏRBAYCAN
Baş hakim: Artyom Kuçin
Hakim köməkçiləri: Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan)
Bişkek. “Dolen Omurzakov" adına stadion

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0