“Azərbaycanlılara Norveçlə oyunu göstərməyə imkan vermədik”
18.11.2013 - 10:22
“Azərbaycanlılara Norveçlə oyunu göstərməyə imkan vermədik”
“Qələbə bizim komanda üçün çox vacib idi. Seçmə mərhələnin hazırkı məqamında yaxşı oynamaqla öz səviyyəmizi nümayiş etdirdik. Bizim oyun qonaqlara Norveç üzərində səfər qələbəsi zamanı qeydə alınmış futbolu göstərməyə imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniya U-21-inin baş məşqçisi Boban Babunski deyib.

Babunski noyabrın 15-də millimiz üzərində qazandıqları qələbə (1:0) haqqında danışıb. Makedoniyalı mütəxəssis qələbəyə görə bütün yetirmələrini təbrik edib: “Azərbaycanlılar Avropa çempionatının seçmə mərhələsində bizdən 2 oyun artıq keçirib. Buna baxmayaraq, meydanda görəcəyimiz iş bizə planlaşdırdığımız nailiyyəti qazanmağa imkan verir. Gənc oyunçularımız 3 xalı qazanmaq üçün təzyiq altında idi. Bu hamımıza ağır bir yük idi. Ancaq sonda biz qələbə qazandıq. Zəfərin hissəsi olan hamını təbrik etməliyəm”.

Qeyd edək ki, Makedoniya yığmamızı məğlub etməklə xalını 4-ə çatdırıb. Hazırda slavyanlar millimizlə 3-cü sıranı paylaşır.