Bakıya gələcək türkiyəli futbolçular bilindi - FOTO
18.11.2013 - 11:09
Bakıya gələcək türkiyəli futbolçular bilindi - FOTO
Bakıya gələcək Türkiyənin 19 yaşadək qızlardan ibarət milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Talat Tuncəl 18 futbolçunu ölkəmizə gətirəcək.

Yalnız bir legioner futbolçunun oynadığı heyət aşağıdakı kimidir:
Qapıçılar: Büşra Öztürk (Trabzon İdman Ocağı), Sude Mihri Çınar (Bədən Tərbiyəsi və İdman Tərbiyəsi Mərkəzi Spor);

Müdafiəçilər: Kübra Bərbər, Mədinə Ərkan (hər ikisi “Dərincə Bələdiyyəspor”), Bahar Güvənç (1207 Antalyaspor), Aylin Dişli (“Bayer 04”, Almaniya);

Yarımmüdafiəçilər: Yaşam Göksu, Hilal Başkol, Ümran Üzev (hər üçü “Konak Bələdiyyəspor”), Serra Çağan, Beritan Gədik (hər ikisi “Karşıyaka Kolleci Spor”), Selin Sivrikaya, Ayşə Önal (hər ikisi “Bədən Tərbiyəsi və İdman Tərbiyəsi Mərkəzi Spor”), Əsra Özkan (Mərmərə Universiteti), Səmanur Akbaş (Dərincə Bələdiyyəspor);

Hücumçular: Zelal Baturay (Diyarbəkir BB), Dilan Akarsu (1207 Antalyaspor), Nursel Özkan (Elazığ Bordo Atletik Spor).

Türkiyə millisi noyabrın 25-də İstanbul Atatürk Hava Limanında bir araya toplaşacaq. Komanda bizim vaxtla saat 14:00-da bir araya gəldikdən sonra İstanbul – Bakı reysi ilə ölkəmizə uçacaq.

Qeyd edək ki, noyabrın 26 və 28-də qızlardan ibarət U-19 millimiz Türkiyə ilə 2 yoldaşlıq oyunu keçirəcək. “Bayıl Arena”da keçiriləcək görüşlər saat 16:30-da başlayacaq.