Levan Kobiaşvili: Dostum İaşvilini görmək üçün Bakıya baş çəkdim - MÜSAHİBƏ
18.11.2013 - 12:10
“İnter”in “Sumqayıt”la yoxlama matçını izləyənlər arasında “Şalke 04”dəki çıxışları ilə tanınan gürcü futbolçusu Levan Kobiaşvili də olub. Apasport.az-ın məlumatına görə, “İnter”in rəsmi saytının əməkdaşı Almaniyanın “Herta” klubunun sol cinah müdafiəçisindən müsahibə götürüb. Gürcüstan yığmasının 36 yaşlı sabiq üzvü məmnuniyyətlə suallara cavab verib.
- Levan, öncə bilmək istərdik, sizi Bakıya gətirən nədir? Hansı səbəblərə görə bu matçı izləməyə gəldiniz?
- Bura dostlarımı ziyarətə gəldim, daha dəqiq desəm, dostum Aleksandr İaşvilini görmək üçün Bakıya baş çəkdim. Onunla birlikdə hələ Tbilisinin “Dinamo” komandasında oynamışıq, sonra Almaniyanın “Frayburq” klubunda çıxış etmişik. Bundan əlavə, birlikdə uzun müddət Gürcüstan milli komandasının şərəfini qorumuşuq. Mən Aleksandrla qardaş kimiyəm. Hazırda millilərin oyunları ilə bağlı fasilə yaranıb və komandaya 3 günlük istirahət verilib. Mən də bundan yararlanaraq istirahətimi yaxın dostumun yanında keçirməyi qərara aldım. Xəbər verdim ki, ona qonaq gəlirəm. Bax, beləcə Bakıda peyda oldum. Onu da deyim ki, Almaniyada ayrı-ayrı klublarda çıxış etməyimizə baxmayaraq, tez-tez bir-birimizə baş çəkirdik.
- Azərbaycanın paytaxtı Bakı şəhəri sizdə necə təəssürat oyatdı?
- Etiraf edim ki, sonuncu dəfə burada 10 il öncə olmuşam. Səmimi desəm, ötən müddət ərzində şəhərdə baş vermiş dəyişikliklərdən çox xoşum gəldi. Şəhər çox gözəl olub, burda çoxlu maraqlı yerlər var. Futbol sahəsində baş verən dəyişikliklərdən də xoşum gəldi. Bakıda çox sayda stadionlar istifadəyə verilib, burda bir çox rəqabət qabiliyyətli komandalar var ki, bu da yerli birinciliyin tərəqqisinə kömək edir. Bu dəyişikliklər məni çox sevindirir. Xoşdur ki, Azərbaycanda belə şərait yaradılır.
- Azərbaycan futbolu barədə daha nə bilirsiniz? Bəlkə Aleksandr İaşvili sizə müəyyən məlumat verib?
- Doğrusu, Azərbaycan milli komandası barədə çox məlumatım yoxdur, lakin çempionatınız haqqında müəyyən məlumatım var. İnternetin köməyi ilə “İnter”in çıxışını izləyirəm. Aleksandr İaşvilinin oyununu izləməyə çalışıram. Dost münasibətdə olduğum Kaxaber Sxadadze komandanıza rəhbərlik edir. “İnter”in digər futbolçularını da tanıyıram. “İnter”ə azarkeşlik edirəm və komandanıza bu mövsümdə uğurlar arzulayıram.
- Berlinin “Herta” komandasında işləriniz necə gedir?
- Hazırda biz 1-ci Bundesliqada çıxış edirik. İşlər pis deyil. Bu mövsümün sonunda “Herta”yla müqavilə müddətim başa çatır, ancaq hazırda bütün diqqətim bu komandaya yönəlib.
- Bəlkə müqavilə müddəti bitdikdən sonra Aleksandr İaşviliyə qoşulasınız?
- Bilmirəm (gülür). Bu barədə hələlik düşünməmişəm. Öncə dediyim kimi, hazırda yalnız “Herta” barədə düşünürəm, sonra nə olacağını hələlik bilmirəm.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0