“Gələcəyim barədə heç nə demək istəmirəm”
18.11.2013 - 13:36
“Gələcəyim barədə heç nə demək istəmirəm”
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi başa çatır. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssisin gələcək taleyi sual altındadır.

Bu baxımdan düşünmək olar ki, Foqts ilin son oyunlarında nəticəyə böyük önəm verəcək. Komandamız artıq Estoniyaya uduzub (1:2). Sabah Qırğızıstanla oyun var.

Təcrübəli çalışdırıcı görüş ərəfəsində Bişkekdə təşkil edilən mətbuat konfransında AFFA ilə yeni müqavilə bağlayıb-bağlamayacağı barədə danışmaq istəmədiyini söyləyib: “Gələcəyim barədə heç nə demək istəmirəm. Qaldı ki, son oyunlarda qalib gəlməklə, müqavilənin müddətinin uzadılmasına zəmin yaratmağa, yaxşı məşqçi yoldaşlıq matçlarında nəticə barədə fikirləşməz. Son iki oyunda nəticə məni narahat etmir. Hətta, Almaniya millisində də eksperimentlər aparılır”.