6 ildən sonra
18.11.2013 - 14:18
6 ildən sonra
Azərbaycan milli komandası tarixində 2-ci dəfə öz oyununu noyabrın 19-da keçirəcək. Apasport.az saytının məlumatına görə, sabah Qırğızıstan yığması ilə qarşılaşacaq Berti Foqtsun yetirmələri əvvəllər də bu tarixdə meydana çıxıb.

Belə ki, 2008-ci ildə millimiz noyabrın 19-da Albaniya ilə görüşüb. Bakıda baş tutan həmin yoxlama oyunu heç-heçə ilə başa çatmışdı – 1:1. 6 ildən sonra yenə eyni tarixdə meydana çıxacaq komandamız ilk dəfə bu gün səfərdə oynayacaq.