“Bakı”nın adını siyahıdan silmək olar” - MÜSAHİBƏ
18.11.2013 - 17:29
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Arxada qalan 13 turu qısa necə dəyərləndirərdiniz?
- Mövsümə pis başladıq. Amma bir neçə oyundan sonra toparlandıq və ardıcı l qələbələr qazandıq. Sonra yenə məğlubiyyətlər alındı, komandada qırılma, boşalma oldu. Yəni qeyri-sabit çıxışımız davam edir. Zamana ehtiyacımız var. Çünki yeni baş məşqçi gəlib. Ona öz komandasını qurması üçün vaxt lazımdır.
- Yeni baş məşqçinin təyinatından artıq 4 aydan artıq vaxt keçib. Komandanın formalaşması, eləcə də oturuşması üçün bu qədər zaman bəs etmədi?
- Futbol 3-5 aydan ibarət olsaydı, onda hamı yeni komanda qurub, çempionluq uğrunda mübarizə aparardı. Futbolda illərə ehtiyac var.
- Bəs qeyri-sabitlik nə vaxta qədər davam edəcək?
- Buna heç kim proqnoz verə bilməz. Ancaq zamanla hər şey qaydasına düşəcək. Futbolda hər şey mümkündür. Ola bilsin, zəif çıxış edəsən, amma yekunda qalib gələrsən. Bəzən isə yaxşı oynamağına rəğmən, məğlubiyyətlə barışmalı olursan. Futbolun özəllikləridir.
- Milinko Pantiçin təyinatından sonra çoxları “Bakı”dan sürətli, aressiv oyun gözləyirdi. Əslində başlanğıc pis olmadı, amma davamını gətirə bilmədiniz. Səbəbini izah edə bilərsinizmi?
- Hər qarşılaşmanı eyni tempdə oynamaq bizim futbola aid deyil. Həqiqətən də başlanğıc yaxşı oldu. Sonra isə düşüş baş verdi.
- Belə çıxır ki, bizim futbolçular hələ sürətli oyuna hazır deyillər?
- Bunu tək yerli futbolçuların üstünə atmaq olmaz. Çünki hər bir klubda kifayət qədər legioner də var. Söhbət Azərbaycan futbolunda gedir.
- Pantiç əvvəllər sizi etimad göstərmirdi. Son 4 turda isə əsas heyətdə meydana çıxsan da, yalnız sonuncuda əvəzlənməmisiz. Bu haqda nə deyə bilərsiz?
- Tam formamı bərpa etməmişdim. Bunu özüm də bilirdim. Komandam üçün bundan da artığını edə bilərəm. Son oyunlarda məşqçi etimad edir. Mən də bu güvənin davamını gətirmək istəyirəm. Çünki futbolçu oynaya-oynaya futbolçu olur. Ad önəmli deyil. Çalışıram ki, daha çox oyun keçirim. Bir oyundakı yükləməni 10 məşqdə qazana bilməzsən.
- Yığmadan kənarda qalmağını bununla əlaqələndirmək olarmı?
- Əlbəttə. Berti Foqts baxır ki, 9 çempionat oyununda oynamamışam. O məni necə yığmaya çağıra bilər.
- Qarşıda “Xəzər Lənkəran”la oyun gəlir. Bu dueldən nə gözləyirsiniz?
- Onlar da yaxşı vəziyyətdə deyillər. Amma istənilən rəqibə başağrısı ola bilərlər. Bizim də itirəcəyimiz oyun yoxdur. Qələbə qazanmalıyıq ki, üst sıralarda qalaq. Yəqin ki, bunun öhdəsindən gələ biləcəyik.
- Rəqibin hazırkı durumundan faydalana biləcəksinizmi?
- Razıyam, ideal vəziyyətdə deyillər. Amma çətin rəqibdirlər. Bizim üçün isə 3 xal vacibdir.
- “Bakı” liderdən 10 xal geri qalır. Komandanızın artıq çempionluq yox, Avropa Liqası uğrunda mübarizə aparacağını düşünmək olarmı?
- Çempionatda çox oyun var. Kağız üzərində “Bakı”nın adını həmin siyahıdan silmək olar. Amma biz bütün rəqiblərimizlə qışdan sonra daha iki dəfə qarşılaşacağıq. Kim deyə bilər ki, “Qarabağ” xal itirməyəcək. Çempionatda hər şey mümkündür. Məqsədimiz cari çempionatın sonunda mükafat qazanmaqdır.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0