20 yaşlı futbolçu meydanda dünyasını dəyişdi - FOTO
18.11.2013 - 21:58
20 yaşlı futbolçu meydanda dünyasını dəyişdi - FOTO
Portuqaliya Üçüncü Liqasında çıxış edən “Turizense” klubunun futbolçusu Aleks Markes dünyasını dəyişib. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi komandasının dünən “Çarapinxeyrense” ilə keçirdiyi matçın 7-ci dəqiqəsində yerə yıxılaraq keçinib.

Səhətində problemlər olan Markesin ürəktutmasından keçindiyi deyilir.

Qeyd edək ki, Aleks “Porto” futbol məktəbinin yetirməsidir.