Foqts 2 dəyişiklikdən imtina etdi - YENİLƏNİB
19.11.2013 - 12:15
Bu gün Qırğızıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Bişkekdə keçiriləcək görüş üçün növbəti dəyişikliklər edib.
Oyundan 1 gün əvvəl 11-liy“i müəyyənləşdirən almaniyalı mütəxəssis 4 gün əvvəl Estoniyaya 1:2 hesabı ilə uduzan heyətdə 5 dəyişiklik etmişdi. Lakin son anda fikrini dəyişən Foqts bu yeniliklərin ikisindən imtina edib.
Almaniyalı start heyətdən çıxarmaq istədiyi Anar Nəzirov, Maksim Medvedev, Elnur Allahverdiyev, Vaqif Cavadov, Bədavi Hüseynov “beşliy”indən sonuncu üçünü start heyətinə qaytarıb. Əvəzində zədəli Ruslan Abışova heyətdə yer olmayıb. Bununla da Foqts Tallinndə güvəndiyi start heyətində 3 dəyişiklik etmiş olub.
Bu dəfə də qapını Nəzirova deyil, Səlahət Ağayevə tapşıran mütəxəssis “İnter”in qolkiperinə güvənməyi məqsədəuyğun sayıb. Müdafiə xəttində Rasim Ramaldanov, Elnur Allahverdiyev, Mahir Şükürov və Bədavi Hüseynov yer alacaq.
Yarımmüdafiə xəttində isə Cihazn Özkara, İltər Taşkın, Rahid Əmirquliyev və Vaqif Cavadov mübarizə aparacaq. Ön xətdə isə artıq necə oyundur dəyişməz qalan cütlük yer alacaq. Belə ki, asiyalıların qapısına qol vurmaq vəzifəsi əsasən Rauf Əliyevlə Rüfət Dadaşovun üzərinə düşəcək.
Qeyd edək ki, Qırğızıstan – Azərbaycan matçı Dolen Omurzakov adına stadionda (keçmiş “Spartak” stadionu) baş tutacaq və Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0