“Benzema, Riberi, Nəsri kimi ulduz futbolçuları olan komanda...”
18.11.2013 - 22:47
Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2014-ün seçmə mərhələsinin pley-off oyunları çərçivəsində keçirilən Ukrayna – Fransa qarşılaşması barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis fransızların bu gözlənilməz məğlubiyyəti qarşısında şoka düşdüyünü deyib:
“Mən şok oldum ki, Benzema, Riberi, Nəsri kimi ulduz futbolçuları olan komanda Ukrayna qarşısında heç nə edə bilmədi. Fransa yığmasının baş məşqçisi və ölkənin futbol ictimaiyyəti bunu nəzərə almalıdırlar. Düşünürəm ki, Fransa millisi evdəki cavab matçında çox aqressiv oyun nümayiş etdirəcək. Onlar vəziyyəti yaxşılaşdırmaq üçün əllərindən gələni edəcəklər”.
Qeyd edək ki, bu yığmalar arasında ilk qarşılaşma Ukraynanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0