“İngiltərə millisi Almaniya və İspaniya ilə eyni səviyyədə deyil”
19.11.2013 - 00:26
“İngiltərə millisi Almaniya və İspaniya ilə eyni səviyyədə deyil”
Almaniya milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Mixael Ballak İngiltərə yığması ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “BBC”yə danışan 37 yaşlı keçmiş yarımmüdafiəçi Roy Hocsonun komandasının zəif olduğunu deyib:

“İngiltərə millisi Almaniya və İspaniya ilə eyni səviyyədə deyil. Onlar bir az geridədirlər. Əlbəttə ki, çox istedadlı və ulduz futbolçuları var. Təbii ki, İngiltərə ilə qarşılaşanda həmişə onlara hörmət etmişik. Bu sadəcə bir yoldaşlıq görüşü deyil. İngiltərə - Almaniya matçında həmişə böyük rəqabət var”.

Qeyd edək ki, İngiltərə - Almaniya matçı bu axşam Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.