“İnter” çempionluğun ən böyük favoritlərindəndir”
19.11.2013 - 01:58
“İnter” çempionluğun ən böyük favoritlərindəndir”
“Yuventus”un əsas qapıçısı Canluici Buffon İtaliyanın digər güclü klubu “İnter”lə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Tuttosport”a danışan 35 yaşlı qolkiper Milan təmsilçisinin çempionatın favoritlərindən olduğunu deyib.

Buffon indoneziyalı iş adamı Ertik Tohirin klubu satın almasını dəyərləndirib: “Tohirin gəlişi “İnter” üçün önəmli addım oldu. Xarici kapitalın yavaş-yavaş İtaliyaya daxil olduğunu müşahidə edirik. Məncə, onlar bu addımla çempionluğun ən böyük namizədlərindən biri oldular”.

“Yuventus”un A Seriyasındakı hazırkı vəziyyətini də dəyərləndirən təcrübəli qolkiper bu sözləri deyib: “Hazırda bizim zirvədə olmamağımızın ən böyük səbəbi “Roma”nın gözlənilməz yüksəlişi oldu. “Yuventus” olaraq hər oyun sona qədər mübarizə aparırıq və əlimizdən gələnin ən yaxşısını edirik. Gec-tez liderliyi geri alacağıq”.

Qeyd edək ki, “Yuventus” hazırda 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır. “İnter”in isə 25 xalı var və 4-cü pillədə yer alır.