Syomin: Kapello ilə müqaviləni yeniləmək üçün tələsməyə dəyməz
19.11.2013 - 03:40
“Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin ölkəsinin milli komandasının çalışdırıcısı Fabio Kapello ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Syomin italiyalı mütəxəsislə müqavilənin müddətinin uzadılması ilə bağlı tələskənliyə ehtiyac olmadığını deyib:
“Kapellonun yaşı maneçilik törətmir. Çox qaliblər və baş məşqçilər görmüşük ki, daxili enerjiləri 35 yaşlı cavandan daha çoxdur. Təbii ki, işə, nailiyyət qazanmağa marağı da buraya daxildir. Burada başqa bir məsələ də ondan ibarətdir ki, Kapello ilə müqavilənin müddətinin uzadılması ilə bağlı tələsməyə dəyməz. Qoy, mərhələ başa çatsın. Dünya çempionatı göstərəcək ki, futbol hansı istiqamətdə inkişaf edir. Onda bilinəcək ki, milliyə Kapello rəhbərlik etməlidir, yoxsa başqaları. Misal üçün Qvardiola, yaxud del Boske”.
Qeyd edək ki, Rusiya Futbol İttifaqı Fabio Kapello ilə müqavilə müddətini 4 il uzatmaq istəyir.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0