“Kavani transferi bir az vaxt apara bilər”
19.11.2013 - 07:33
“Kavani transferi bir az vaxt apara bilər”
Milan “İnter”inin baş məşqçisi Valter Mazzarri PSJ-nin ulduz futbolçusu Edinson Kavani ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “La Reppublica”ya danışan Mazzarri sabiq yetirməsini komandasında görməyi çox istədiyini deyib:

“Kavani, Kavani haqqında nə deyə bilərəm ki? Onun “Palermo”dan “Napoli”yə gəldiyi günü xatırlayıram. Uruqvaylı hücumçunun bu günlərə gəlməsində mənim də payım olduğuna inanıram. Əlbəttə ki, onunla yenidən çalışmaq istəyərəm, amma azarkeşlərimizi həyəcanlandırmaq istəmirəm. Bu transfer bir az vaxt apara bilər”.

Qeyd edək ki, Mazzarri cari ilin may ayında “Napoli”dən “İnter”ə keçib.