Millimizin rəqiblərindən 7 qol
19.11.2013 - 09:00
Millimizin rəqiblərindən 7 qol
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı VIII qrupda 1 qarşılaşma baş tutub.

İlk 3 oyununda qələbələri sıralayan Portuqaliya millisi ən yaxın izləyicisi İsraillə qarşılaşmada da xal itirməyib. Meydan sahibi olan sonuncular lideri büdrətməyə çalışsa da, onların hesabda 2 dəfə önə keçməsi də pireneyliləri dayandırmayıb. Məhsuldar keçən görüşdə millimizin rəqibləri ümumilikdə 7 qol vurub. Səfərdə 4:3 hesabı ilə qalib gələn portuqaliyalılar liderliyini daha da möhkəmlədib.

Qeyd edək ki, bu gün qrupumuzda daha 1 matç baş tutacaq. Makedoniya millisi öz meydanında morveçrlə görüşəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunu
18 noyabr
VIII qrup

İSRAİL – PORTUQALİYA – 3:4

Dabbur, 9, Seba, 55, Tvatha, 74 – İvan Kavaleyro, 16, Rikadro, 59, Bernardo Silva, 64, 86

1
Portuqaliya
4
4
0
0
14-4
12
2
İsrail
5
3
0
2
17-11
9
3
Makedoniya
3
1
1
1
2-2
4
4
AZƏRBAYCAN
5
1
1
3
5-11
4
4
Norveç
5
1
0
4
6-16
3