“Bakı”nın futbolçusu 4 ildən sonra qol vurdu
19.11.2013 - 09:48
“Bakı”nın futbolçusu 4 ildən sonra qol vurdu
Dünən baş tutan 2 yoldaşlıq oyunundan biri Kişinyovun “Zimbru” stadionunda keçirilən Moldova – Litva görüşü olub. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənib – 1:1.

Baş məşqçi səlahiyyətlərini yerinə yetirən İqor Pankratyev Litva millisinin start heyətində “Bakı”nın hücumameyilli yarımmüdafiəçisi Mindauqas Kalonasa da şans verib. Kalonas şansından 39-cu dəqiqədə yararlanıb. 29 yaşlı futbolçu 84-cü dəqiqədə Karolis Xvedukasla əvəzlənib.

Qeyd edək ki, Kalonas qol vurmaqla 4 illik fasilədən sonra fərqlənib. O sonuncu dəfə 2009-cu ilin oktyabrın 14-də DÇ-2010-nun seçmə mərhələsində Serbiyaya qalib gəldikləri görüşdə (2:1) hesabı açmışdı. İstedadlı futbolçu ilk qolunu isə 2008-ci ildə Rumıniyaya vurub.