“Bavariya” ilə “Borussiya” Bundesliqanı tərk etməlidir”
19.11.2013 - 12:58
“Bavariya” ilə Dortmund “Borussiya”sı mütəmadi olaraq Çempionlar Liqasında oynayırlar. Ona görə də, digər Almaniya klublarından üstündürlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış almaniyalı məşqçi Feliks Maqat deyib.
Son iş yeri “Volfsburq” olan Maqat bildirib ki, bu iki klub Bundesliqada oynamamalıdır:
“Düşünürəm ki, bu klublar Bundesliqanı tərk etməlidirlər. Onlar Avropanın birləşmiş liqasında çıxış etsələr, yaxşı olar. Yaxın illərdə çətin ki, hansısa komanda “Bavariya”nı qabaqlasın. Onlar çox pul xərcləyirlər və çox da qazanırlar. Bununla da öz hegemonluqlarını qoruyurlar”.
Qeyd edək ki, şənbə günü “Borussiya” Almaniya çempionatının növbəti turu çərçivəsində “Bavariya”nı qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0