7-ci debütant
19.11.2013 - 14:03
2013-cü ilin son oyunu daha bir futbolçunun Azərbaycan milli komandasında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmanın Qırğızıstanla Bişkekdə keçirilən yoldaşlıq oyununda start heyətində yer alan Taşkın İltər komandamızda ilk qarşılaşmasına çıxıb.
Hazırda davam etməkdə olan matçadək millinin keçirdiyi 202 qarşılaşmada 187 futbolçu meydana çıxmışdı. 203-cü oyunda debüt edən milliləşən almaniyalı bu rəqəmi 188-ə çatdırdı.
Qeyd edək ki, 2013-cü ildə 2-ci dəfə baş məşqçi Berti Foqts debütanta şans verib. Almaniyalı mütəxəssis ilin ilk qarşılaşmasında – Özbəkistanla Dubaydakı görüşdə birdən-birə 6 debütanta güvənmişdi. Bunlar Anar Nəzirov, Cavid İmamverdiyev, Rüfət Dadaşov, Eşqin Quliyev, Qara Qarayev və Pərdis Fərcad-Azad idi. Bununla da 2013-cü ildə millidə debüt edənlərin sayı 7-yə çatdı.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0