2013-cü ilin rekordçusu
19.11.2013 - 14:34
Azərbaycan milli komandasının 2013-cü ildə keçirdiyi son qarşılaşma başa çatmasa da, yığmada ən çox oyun keçirən futbolçunun adı məlumdur. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun başa çatmaqda olan ildə ən çox güvəndiyi oyunçu Rasim Ramaldanovdur.
“Xəzər Lənkəran”ın müdafiəçisi bu gün Qırğızıstanla Bişkekdə keçirilən görüşdə il ərzində 11-ci milli matçına çıxıb. Bu isə 2013-cü ilin mütləq rekordudur. Rasim yalnız 1 dəfə - DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oktyabrın 15-dəki görüşündə meydana çıxmayıb. Buna da onun cəzalı duruma düşməsi səbəb olub.
Millinin heyətində il ərzində ən çox oyun keçirənlərin siyahısında 2-ci pillənin 2 şəriki var. Bunlar hücumçular Rauf Əliyevlə Rüfət Dadaşovdur. Onlar hərəyə 10 matçda meydana çıxıblar.
Qeyd edək ki, ardıcıl bir neçə dəfə ilin ən çox oyun keçirən futbolçusunu mükafatlandıran AFFA 2012-ci ildə buna ehtiyac duymamışdı. Həmin mükafatın yenidən bərpa olunacağı halda isə Ramaldanov qalib olacaqdı.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0