“Matçın statusu azərbaycanlı oyunçulara böyük təsir edir”
19.11.2013 - 15:26
“Matçın statusu azərbaycanlı oyunçulara böyük təsir edir”
“Azərbaycan millisini Asiyanın digər yığmaları ilə müqayisə etmək istəməzdim. Yoldaşlıq və rəsmi oyunlar arasında böyük fərq var. İlin sonudur. Bu səbəbdən komandalar hazır olmaya bilər. Yəqin ki, elə bu səbəbdən də matç bir o qədər də maraqlı alınmadı”.Apasport.az saytının Bişkekə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.

Bu gün Bişkekdə Qırğızıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü baş tutdu. Qolsuz heç-heçə başa çatan matçın ardından rəqibimizin çalışdırıcısı fikirlərini bölüşüb: “Foqts məni nə ilə təəccübləndirdi? Deyə bilmərəm. Son iki oyununuza baxmışam. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi. Matçın statusu sizin oyunçulara böyük təsir edir. Əminəm ki, Tallinndəki görüş rəsmi matç olasydı, Estoniya sizə qalib gələ bilməzdi. Komandanızda mərkəz hücumçunuzu bəyəndim (Rauf Əliyevi nəzərdə tutur). Çox çalışdı”.