“İstəyərdim ki, bugünkündən daha yaxşı stadionda oynayaydıq”
19.11.2013 - 15:39
“Qırğızıstanın Estoniya ilə bu il keçirdiyi yoldaşlıq oyununun videoyazısına baxmışdım. Asiyalılar bizim məğlub olduğumuz Estoniya ilə səfərdə 1:1 oynamışdı”. Apasport.az saytının məlumatına görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı çalışdırıcı daha yaxşı meydançada oynamaq istəyindən, Ruslan Abışovu meydana buraxa bilməməsindən danışıb: “Bu gün biz eksperimentlər apardıq, bəzi futbolçuları sınadıq, ancaq hamısı alınmadı. Ruslan Abışov start heyətdə yer ala bilmədi. Çünki onun oyundan öncə zədəsi vardı. İstəyərdim ki, bugünkündən daha yaxşı stadionda oynayaydıq. Belə meydançada texnikalı futbol nümayiş etdirmək çətindir. Bu gün hamı qələbə üçün hər şeyi etməyə çalışdı. Qırğızıstan göstərdi ki, rəqibi qiymətləndirməmək olmaz. Biz bu nəticəyə görə bəhanə axtarmamalıyıq”.
Qeyd edək ki, millimiz bu gün Qırğızıstanla yoldaşlıq görüşündə qələbə qazana bilməyib. Bişkekdə keçirilən matçda hesab açılmayıb.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0