AFFA-da lisenziyalaşdırma mövsümü açıldı - FOTOSESSİYA
19.11.2013 - 16:00
Bu gün AFFA-nın inzibati binasında lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. Apasport.az saytının qurumun saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın Lisenziyalaşdırma qrupunun, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin və Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak edib.
“Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə Qaydalar” və “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar” barədə ətraflı məlumat verilib, ötən mövsümlə müqayisədə qaydalara edilən əlavə və dəyişiliklər qeyd olunub, lisenziyalaşdırma prosesi çərçivəsində həyata keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Klub nümayəndələrinə adıçəkilən qaydaların öz əksini tapdığı vəsaitlər təqdim olunub.
Noyabrın 20-də "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Simurq", AZAL, "Qəbələ" və "Bakı" klublarının nümayəndələri ilə Perrinin ayrı-ayrılıqda görüşü keçiriləcək. AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri də bu görüşlərdə iştirak edəcək.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0