Əli Gökdəmir: Bu amil oyunumuza təsir etdi
19.11.2013 - 16:17
Əli Gökdəmir: Bu amil oyunumuza təsir etdi
“Qalib gəlməli olduğumuz bir matç idi. Üstün oyun nümayiş etdirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmir deyib.

Yığmamız bu gün Bişkekdə Qırğızıstan millisi ilə keçirdiyi yoldaşlıq matçından qolsuz bərabərliklə ayrıldı. Fasilə sonra Elnur Allahverdiyevin əvəzinə meydana daxil olan Gökdəmir qalib gələ bilmədiyimiz üçün təəssüfləndiyini söyləyib: “4 real qol şansımız olsa da, heç birindən istifadə edə bilmədik. Meydanının vəziyyətinin də pis olduğunu qeyd etmək istərdim. Bu amil oyunumuza təsir etdi. Ancaq ümumilikdə pis oynamadıq”.