20 ildən sonra
19.11.2013 - 17:21
Azərbaycan milli komandası üçün 2013-cü il başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün Bişkekdə Qırğızıstan yığması ilə qarşılaşan Berti Foqtsun yetirmələri ilin son matçını keçirib. Bununla da komandamız 2013-cü ildə 12-ci qarşılaşmasını arxada qoyub.
İl ərzində DÇ-2014-ün 6 seçmə oyununa çıxan komandamız eyni sayda yoldaşlıq görüşündə də qüvvəsini sınayıb. Ümumilikdə 3 qələbə qazanıb 7 heç-heçə edən yığmamız cəmi 2 dəfə uduzub. 2013-cü ildə 11 qol vuran komandamız 8 top buraxıb.
Millimizin 2013-cü ildəki bütün oyunları
1 fevral. YO. Dubay. Azərbaycan – Özbəkistan - 0:0
6 fevral. YO. Dubay. Azərbaycan – Lixtenşteyn - 1:0
22 mart. DÇ. Lüksemburq. Lüksemburq – Azərbaycan - 0:0
26 mart. DÇ. Bakı. Azərbaycan – Portuqaliya - 0:2
29 may. YO. Doha. Qətər – Azərbaycan - 1:1
7 iyun. DÇ. Bakı. Azərbaycan – Lüksemburq - 1:1
14 avqust. YO. Bakı. Azərbaycan – Malta - 3:0
7 sentyabr. DÇ. Ramat-Qan. İsrail – Azərbaycan - 1:1
11 oktyabr. DÇ. Bakı. Azərbaycan – Şimali İrlandiya - 2:0
15 oktyabr. DÇ. Bakı. Azərbaycan – Rusiya - 1:1
15 noyabr. YO. Tallinn. Estoniya – Azərbaycan – 2:1
19 noyabr. YO. Bişkek. Qırğızıstan – Azərbaycan – 0:0
Tarixinin 22-ci ilini arxada qoyan yığmamız bu müddətdə 22-ci dəfə top fərqində müsbət balansa malik oldu. Yığmamız yalnız 20 il əvvəl – 1993-cü ildə buraxdığından daha çox qol vurmuşdu. Bu da daha çox onunla bağlı idi ki. həmin vaxt millimiz heç bir seçmə oyununa çıxmamışdı. Yalnız yoxlama oyunları keçirmək siə millimizin xeyrinə olmuşdu.
2013-cü ilin daha bir müsbət məqamı cəmi 2 dəfə uduzmağımızdır. 1993-cü ildən bəri belə nəticə qeydə alınmamışdı. Son 20 ildə ilk dəfə bu qədər az uduzan yığmamız 1992 və 1993-cü ildə az oyun keçirdiyindən çox məğlubiyyət almayıb.
Yığmamız tarixinin ən çox heç-heçəsinə də 2013-cü ildə imza atıb – 7 dəfə. Komandamız 3 qələbə qazanmaqla rekorda imza atmasa da Foqrtslu dönəmində - son 6 ilin ən yaxşı nəticəsini təkrarlayıb. 2008-ci ildə bu yana 3 dəfədən artıq qələbəmiz olmayıb.
12 qarşılaşmada 11 qol vuran millimiz son 6 ilin ən yüksək məhsuldarlığına nail olub. Foqtsun dövründə yığmamızın bir ildə bu qədər qol vurması qeydə alınmayıb. Əvəzində cəmi 8 top buraxan yığmamız son 20 ildə ən etibarlı müdafiə xəttinə malik olub. Yenə də az oyun keçirdiyimiz 1992 və 1993-cü illər istisna olmaqla heç vaxt belə az qol buraxmamışdıq.

il | O | Q | H | M | TOP | x |
1992 | 1 | 0 | 0 | 1 | 3-6 | 0 |
1993 | 4 | 3 | 1 | 0 | 9-5 | 10 |
1994 | 6 | 0 | 0 | 6 | 1-15 | 0 |
1995 | 6 | 0 | 1 | 5 | 2-21 | 1 |
1996 | 9 | 3 | 2 | 4 | 8-13 | 11 |
1997 | 10 | 1 | 1 | 8 | 5-19 | 4 |
1998 | 10 | 5 | 2 | 3 | 9-12 | 17 |
1999 | 9 | 1 | 2 | 6 | 8-24 | 5 |
2000 | 9 | 0 | 2 | 7 | 2-13 | 2 |
2001 | 10 | 2 | 2 | 6 | 6-15 | 8 |
2002 | 11 | 1 | 4 | 6 | 5-15 | 7 |
2003 | 8 | 1 | 2 | 5 | 8-18 | 5 |
2004 | 11 | 2 | 5 | 4 | 11-18 | 11 |
2005 | 11 | 0 | 2 | 9 | 2-24 | 2 |
2006 | 8 | 0 | 4 | 4 | 2-15 | 4 |
2007 | 14 | 4 | 3 | 7 | 11-24 | 15 |
2008 | 11 | 2 | 4 | 5 | 6-9 | 10 |
2009 | 13 | 2 | 3 | 8 | 8-23 | 9 |
2010 | 10 | 3 | 3 | 4 | 9-17 | 12 |
2011 | 10 | 2 | 1 | 7 | 9-20 | 7 |
2012 | 10 | 2 | 4 | 4 | 10-12 | 10 |
2013 | 12 | 3 | 7 | 2 | 11-8 | 16 |
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0