Mindauqas Kalonas: Növbəti il daha yaxşı çıxış edəcəyik
19.11.2013 - 18:12
“Ümid edirəm ki, məni “ilin futbolçusu” seçənləri və mənə inananları məyus etmədim”. Apasport.az saytının məlumatına görə, bunu Litva millisinin və “Bakı”nın yarımmüdafiəçisi Mindauqas Kalonas deyib.
Dünən Kişinyovun “Zimbru” stadionunda keçirilən Moldova – Litva görüşündə bərabərlik qeydə alınıb. Hesabı ilk hissədə açan tərəf Mindauqas Kalonas olub.
4 illik fasilədən sonra millisində qol vuran 29 yaşlı futbolçu fikirlərini bildirib: “Biz ili ümidverici nəticə ilə başa vurduq. Ümid edirəm ki, növbəti il daha yaxşı çıxış edəcəyik, meydançada daha səviyyəli futbol nümayiş etdirəcəyik. Hesab edirəm ki, 1:1 nəticəsi oyunun göstəricisini əsk etdirmir. Rəqib ilk dəqiqələrdən oyuna köklənmişdi. Ancaq biz yaxşı əks-hücumlar qurduq. Ola bilsin ki, onlar bizim belə imkanlarımızı dəyərləndirməmişdi. Moldova yığması tərifəlayiq komandadır. Onların böyük gələcəyi var”.
Qeyd edək ki, Kalonas Litva Futbol Federasiyasının azarkeş, jurnalist, məşqçi və federasiya nümayəndələri arasında keçirdiyi sorğuda ən yaxşı futbolçu seçilməklə “Qaziantepspor”un qapıçısı Jidrunas Karçemarskasın 2 illik hegemonluğuna son qoyub.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0