Millimizdən dəvət alan futbolçu klubunda 7-ci qolunu vurdu - FOTO
19.11.2013 - 18:49
Düsseldorf “Fortuna”sının U-23 komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, U-21 millimizin məhsuldar futbolçusu olan Tuğrul Erat və bu yığmamızdan dəvət alan, ancaq zədəli olduğu üçün Makedoniyaya getməyən Ərən Taşkın da “Vattenşayd 09”la görüşün iştirakçılarından olub.
Makedoniya ilə oyunun (0:1) iştirakçılarından olan Erat gözlənilənin əksinə olaraq 90 dəqiqə meydanda olub. O, yığmadakı kimi yarımmüdafiənin yox, müdafiənin sağında çıxış edib. Türkmənşəli futbolçumuz 83-cü dəqiqədə sarı vərəqə alıb.
Hücumçu arxasında pleymeyker kimi çıxış edən Taşkın isə 39-cu dəqiqədə sağ ayağı ilə vurduğu zərbə ilə hesabı açan futbolçu olub. Bu, futbolçunun cari mövsüm klubunda 7-ci qolu olub ki, bununla da gənc oyunçu mövsüm ərzində öz şəxsi qol göstəricisini yeniləyib. O, komandasının 2-ci qolunda da iştirak edib. 58-ci dəqiqədə məhz onun cərimə zərbəsindən etdiyi ötürmə ilə hücumçu Ali Osman Aydın komandasını yenidən hesabda önə keçirib. Ərən 81-ci dəqiqədə mərakeşli Rami Sufianla əvəzlənib.
Qeyd edək ki, bu qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0