Ronaldonun muzeyi açılacaq
19.11.2013 - 23:11
Ronaldonun muzeyi açılacaq
Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo özü üçün muzey tikdirir. Apasport.az saytının məlumatına görə, bu barədə təcrübəli futbolçunun ailəsi Portuqaliya mətbuatına açıqlamasında deyib.

Hazırda təcrübəli yarımmüdafiəçinin doğulub böyüdüyü Madeyra adasında (Portuqaliya) inşaatı davam edən muzeyin növbəti ilin əvvəllərində açılışı olacaq. Binanın bütün xərclərini Ronaldo qarşılayır.

Qeyd edək ki, Madeyra adasındakı “Andornya” klubunda futbola başlayan Ronaldo 12 yaşında olarkən “Sportinq”ə (Lissabon) transfer olunub.