İbrahimoviç: Mənsiz dünya çempionatının heç bir marağı olmayacaq
20.11.2013 - 04:32
İbrahimoviç: Mənsiz dünya çempionatının heç bir marağı olmayacaq
İsveç millisi DÇ-2014-ün seçmə mərhələsinin pley-off oyunları çərçivəsində evdə Portuqaliyaya 2:3 hesabı ilə məğlub olaraq mundiala vəsiqəni təmin edə bilməyib. Apasport.az saytının məlumatına görə, matçdan sonra yerli mətbuata açıqlama verən ev sahibi komandanın hücumçusu Zlatan İbrahimoviç cavab görüşündəki məğlubiyyəti dəyərləndirib:

“Çox ehtimal ki, bu mənim milli komanda ilə dünya çempionatında iştirak etmək üçün son şansım idi. Bir şeyi dəqiq bilirəm ki, mənsiz dünya çempionatının heç bir marağı olmayacaq. Bu səbəbdən də onu gözləməyə dəyməz. Portuqaliyanı təbrik edirəm, amma mundiala vəsiqə qazanmağa hər iki komanda da layiq idi. İndi İsveç millisi üçün Braziliyaya getmək xəyal olaraq qalacaq”.

Qeyd edək ki, İsveç yığması ilk görüşdə Portuqaliyaya 1:0 hesabı ilə məğlub olmuşdu.