Yığmamız sonuncu pillədə
20.11.2013 - 09:01
Yığmamız sonuncu pillədə
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı VIII qrupda 1 qarşılaşma baş tutub.

Turnir cədvəlində yığmamızla qonşu olan Makedoniya ilə Norveç milliləri üz-üzə gəlib. Bu matçadək sonuncu pillədə qərarlaşan skandinaviyalılar səfər matçında qalib gələ bilib. İlk hissədə məğlub duruma düşən Norveç millisi fasilədən sonra 3 qol vuraraq 3 xal qazanıb. Bu qələbə ilə 2 pillə irəliləyən şimallılar sonuncu yeri yığmamıza təhvil verib.

Qeyd edək ki, qrupumuzda növbəti oyun 2014-cü il martın 5-də Portuqaliya və Makedoniya arasında keçiriləcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunu
19 noyabr
VIII qrup

MAKEDONİYA - NORVEÇ – 1:3
Velkoski, 45 – Raşani, 47, Valon Berişa, 54-p., Nilsen, 71

1
Portuqaliya
4
4
0
0
14-4
12
2
İsrail
5
3
0
2
17-11
9
3
Norveç
6
1
0
5
9-17
6
4
Makedoniya
4
1
1
2
3-5
4
5
AZƏRBAYCAN
5
1
1
3
5-11
4