Azərbaycan çempionunun Portuqaliya sınağı
20.11.2013 - 10:16
Bu gün futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz” qitənin ən güclüsü olmaq uğrunda mübarizəni davam eydirən 16 ən yaxşı arasında yer alıb.
Naxçıvan təmsilçisi “Dördlər finalı”na vəsiqə uğrunda D qrupunda yarışacaq. Bu qrupda mübarizə sabah başlayacaq. Joze Alesio yetirmələri Portuqaliyada çıxış edəcək 4 komandadan biridir. Bu ölkədə keçirilən “Dördlər finalı”nda Avropanın 3-cüsü olmuş “Araz” özü üçün uğurlu məkanda yenə tarix yazmağa çalışacaq.
Tarixində 2-ci dəfə ən güclü 4 kollektiv arasında çıxmaq üçün təmsilçimiz qrup birincisi olmalıdır. Yeganə vəsiqə yolunda ilk 2 oyununu Hollandiya “Eyndhoven”i və Macarıstan “Qyori ETO”una qarşı keçirəcək naxçıvanlılar üçün son duel həlledici olacaq. Noyabrın 24-dəki qarşılaşmada təmsilçimizin rəqibi meydan sahibləri – “Sportinq” olacaq.
Qeyd edək ki, matçlar Portuqaliya paytaxtı Lissabonun ətrafında yerləşən Almadada keçiriləcək.
Futzal üzrə UEFA kuboku
Elit-raund, D qrupu
21 noyabr
22:00. "Araz" - "Eyndhoven" (Hollandiya)
00:30. "Sportinq" (Portuqaliya) - “Qyori ETO” (Macarıstan)
22 noyabr
22:00. “Qyori ETO” (Macarıstan) - "Araz"
00:30. "Sportinq" (Portuqaliya) - "Eyndhoven" (Hollandiya)
24 noyabr
18:30. "Eyndhoven" (Hollandiya) - “Qyori ETO” (Macarıstan)
21:00. "Araz" - "Sportinq" (Portuqaliya)

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0