Nasimov oynadı, komandası Asiya Kubokuna vəsiqə qazandı
20.11.2013 - 12:06
Özbəkistan millisi Asiya Kubokuna vaxtından əvvəl vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi yığma buna Honkonq üzərində qazandığı qələbədən sonra nail olub.
Nasimov bu görüşdə meydana fasilədən sonra daxil olub. Hesab açılmadığı üçün baş məşqçi Mircəlal Qasımov onu “Paxtakor”un müdafiəçisi Davran Həşimovun yerinə meydana buraxıb. 26 yaşlı futbolçu fərqlənə bilməsə də, onun komanda yoldaşları son dəqiqələrdə 2 top vuraraq qələbə qazanıb. Bununla da Özbəkistan millisi qrupda xalını 11-ə yüksəltməklə bir tur qalmış Asiya Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, Özbəkistan 2015-ci ildə Avstraliyada keçiriləcək Asiya Kubokuna 6-cı dəfə qatılacaq. Orta Asiya təmsilçisinin ən yüksək göstəricisi sonuncu dəfə - 2011-ci ildə Qətərdə keçirilən qitə çempionatında qeydə alınıb. Komanda orda 4-cü yeri tutub.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0